BAKI, 25 oktyabr — Sputnik. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 3558 təqaüd ayrılıb. Bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu təqaüdlərin 63%-i məhz magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərə verilib: "Onlardan 1534 nəfəri magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb. Bu o deməkdir ki, həmin gənclər yaxın gələcəkdə ölkəmizdə elmin və təhsilin inkişafına mühüm töhvələr verəcəklər".