BAKI, 25 oktyabr — Sputnik. "Qafqazın seysmik aktivliyinin tədqiq edilməsi böyük əhəmiyyət kəsb edir".
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında, ABŞ-ın "İRIS DATA SERVICE" şirkətinin direktoru Tim Ahern belə deyib. O bildirib ki, buranın seysmik aktivliyinin qiymətləndirilməsi xüsusi önəm kəsb edir.
"Bu baxımdan burada seysmologiya ilə bağlı təlimlərin keçirilməsi vacibdir. Təlimlərin faydası odur ki, burada iştirak edən müxtəlif ölkələrin tədqiqatçıları bir-biri ilə məlumatlarını bölüşmək şansı əldə edirlər" — Ahern bildirib.