CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət Məcəlləsinə dəyişiklik edildi

© Sputnik / Anar MustafayevAR Cinayət Məcəlləsi
AR Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama maddəsinə azadlığın məhdudlaşdırılması əlavə edilib

BAKI, 25 oktyabr — Sputnik. Cinayət Məcəlləsinin 292-ci maddəsinə (Qanunsuz olaraq tutma, həbsə alma və ya həbs yerində saxlama) azadlığın məhdudlaşdırılması əlavə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda qəbul edilib.

292.1-ci maddənin təklif olunan variantında deyilir ki, bilə-bilə qanunsuz tutma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbər lenti
0