BAKI, 25 oktyabr — Sputnik. İspaniya polisi Madriddə İŞİD-ə üzvlükdə şübhəli bilinən şəxsi saxlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Xuan İqnasio Soido "Twitter" profilində məlumat verib.
— Juan Ignacio Zoido (@zoidoJI) 25 октября 2017 г.
O, bildirib ki, saxlanılan 52 yaşlı kişi yeni döyüşçülərin yığılması və təlimləndirilməsində şübhəli bilinir.
Xatırladaq ki, bu il avqustun 17-də İspaniyada terror aktı baş vermişdi. Əvvəlcə Barselonada Ramla küçəsində avtofurqon piyada keçidindən keçən kütləyə çırpılmışdı. Daha sonra analoji hadisə Barselonanın 120 kilometrliyindəki Kambrlisdə baş vermişdi. Terror hadisələri zamanı 16 nəfər həlak olmuş, 130 nəfər xəsarət almışdı. Terroru İŞİD öz üzərinə götürmüşdü.