Eks-prezident təcavüzdə ittiham olunur

Abunə olmaq
"Arabada oturmuşdu və arxadan əli ilə mənə toxundu"

BAKI, 25 oktyabr — Sputnik. Amerikalı aktrisa Hazer Lind, əlil arabasına bağlı olan keçmiş ABŞ prezidenti Corc Buşu (ata Buş) cinsi təcavüzdə günahlandırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, aktrisanın sözlərinə görə, hadisə 4 il əvvəl "Döngə: Vaşinqton agentləri" serialının çəkilişlərinə həsr edilmiş fotosessiya zamanı bu baş verib.

© AP Photo / Eric Christian SmithBirləşmiş Ştatların keçmiş prezidenti ata Corc Buş
Birləşmiş Ştatların keçmiş prezidenti ata Corc Buş - Sputnik Azərbaycan
Birləşmiş Ştatların keçmiş prezidenti ata Corc Buş

"O, mənim əlimi sıxdı. Arabada oturmuşdu və arxadan əli ilə mənə toxundu. Həyat yoldaşı Barbara Buş da yanında idi. O, mənimlə çirkin zarafat elədi. Daha sonra şəkil çəkdirməyə başlayanda, yenə mənə toxundu. Barbara göz işarəsi ilə əsəbi olduğunu hiss etdirirdi" — Lind özünü "Instagram" hesabında yazıb.

Aktrisa bildirib ki, keçmiş prezident öz vəziyyətindən istifadə edərək cəmiyyət üçün çalışmaqdansa, onunla və onlarla qadınla belə davranıb: "Məni bu sakitləşdirir ki, mən də öz gücümdən istifadə edə bilirəm. Mən öz demokratiyamın simvolu ola bilərəm. Mən onu prezident çağırmaqdan imtina edə bilərəm. Və mən ona hörmət etmirəm".

Hazer Lind, bir neçə saatdan sonra, heç bir səbəb gətirmədən bu yazdıqlarını silib.

Xəbər lenti
0