BAKI, 24 oktyabr — Sputnik. "Ukraynada növbədənkənar seçkilər keçirilməyəcək". Sputnik Azərbaycan "Korrespondent"-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko, hökumətin iclası zamanı deyib.
"Prezident və Ali Radaya seçkilərə, təqribən 1 il vaxt qalıb. Ancaq dediyim kimi, növbədənkənar, erkən seçkilər olmayacaq" — Poroşenko vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Ali Rada yaxınlığında etiraz aksiyası keçirərək, seçki qanunvericiliyinin dəyişdirilməsini və Antikorrupsiya Məhkəməsinin yaradılmasını tələb ediblər. Nümayişçilər erkən seçki keçirilməsini istəyiblər.