ELM

Ölkəmizin 40 ali təhsil müəssisəsi nüfuzlu elmi platformaya çıxış əldə edib

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiDoktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı
Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib

BAKI, 24 oktyabr — Sputnik. 2015-ci ildə Təhsil Nazirliyi ilə Thomson Reuters şirkəti arasında bağlanan müqavilə əsasında əsasında ölkəmizin 40 ali təhsil müəssisəsi "Thomson Reuters Web of Science" elmi platformasına çıxış əldə edib. Bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bu imkan alimlərimizə dünyanın ən reytinqli elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etməklə yanaşı, öz tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır: "Təbii ki, əsas məqsəd alim və tədqiqatçılarımızın nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, onların tədqiqatçı statusunun gücləndirilməsi və Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsindən ibarətdir".

İlkin nəticə olaraq, Azərbaycan ali təhsil müəssisələrinin 2016-cı ildə impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 2015-ci illə müqayisədə 50% artaraq 384-ə çatdığını qedy edən nazir doktorantları və gənc tədqiqatçıları bu bazanın geniş imkanlarından daha aktiv faydalanmağa dəvət edib.

Xəbər lenti
0