BAKI, 24 oktyabr — Sputnik. İtaliyanın Lombardiya və Venesiya vilayətlərində keçirilən muxtariyyət referendumunun nəticələri açıqlanıb. Sputnik İtaliya xəbər verir ki, hər iki vilayətdə əhalinin 95%-dən çoxu referenduma hə deyib.
Əsas qazancı turizm və modadan əldə edən Lombardiya və Venesiya vilayətləri İtaliya iqtisadiyyatının lokomotivi hesab olunur.
Qeyd edək ki, mərkəzi hökumət muxtariyyət referendumunun keçirilməsinə etiraz etməyib.