BAKI, 24 oktyabr — Sputnik. Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu, 15 iyul çevriliş cəhdində şübhəli bilinən Fətullah Gülən haqda maraqlı fikirlər səsləndirib. O, Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinin olduğunu deyib. "Əksini düşünmək saflıq olar" — səfir bildirib.
Sputnik Türkiyə xəbər verir ki, ölkənin "Takvim" qəzetinə danışan diplomat, Vaşinqtonun Fətullah Güləni Ankaraya verməyəcəyini iddia edib: "FETÖ-nün Amerikadakı varlığı, statusu qanunlara nə dərəcə uyğundur? Ağ Ev bunu araşdırmaq belə, istəmir, halbuki istəsə, araşdırar".
"165 ölkədə fəaliyyət göstərən, sözdə türk məktəblərinin rəhbərləri, ən seçkin müəllimləri ABŞ vətəndaşlarıdır. Onların Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinin olmadığını düşünmək saflıqdır" — keçmiş səfir qeyd edib.