BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş Rusiyanın 102-ci hərbi bazasında fövqəladə hadisə baş verib.
Sputnik Azərbaycan bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən verir.
"Oktyabrın 23-də Alagöz poliqonunda (Ermənistan Respublikası) təlimdən sonra silahları təhvil verərkən hərbçi təhlükəsizlik tələblərini kobud surətdə pozaraq qeyri-ixtiyari şəkildə avtomatdan atəş açıb. Nəticədə digər hərbçi ölümcül yaralanıb" — məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, "baş verəndən qorxmuş hərbçi özünü də güllələyib".
Hadisənin təfərrüatlarını araşdırmaq üçün hadisə yerində Cənub hərbu dairəsinin komissiyası işləyir.