Natiq Cəfərli: “Neftin qiymətindəki artımın dayanma ehtimalı var”
“İraqın şimalındakı hərbi gərginlik neftin qiymətinin yüksəlməsinə təsir göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Son zamanlar neftin qiymətinin 2-3 dollar artmasının əsas səbəblərindən biri budur. Ancaq bu müvəqqəti təsir mexanizmidir. İraq hökumətinin neft mədənlərinə nəzarəti təmin etməsi neft hasilatını artıra bilər. Ona görə də qiymət artımının dayanma ehtimalı var” — deyə o bildirib.
Qeyd edək ki, İraq neft naziri Cebbar Luaybi ölkәdәki bütün neft quyularının mәrkәzi hökumәtin nәzarәtindә olduğunu bildirib.