Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Otuz saniyəyə baş ağrısından qurtulun

© pixabay / RobinHigginsBaş ağrısı, arxiv şəkli
Baş ağrısı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz

BAKI, 24 oktyabr — Sputnik. Son zamanlar insanların ən çox şikayət etdiyi problemlər içərisində baş ağrısı və stress mühüm yer tutur.

Bir çox dərman vasitələrindən istifadə etməklə bu problemlərdən qurtulmaq mümkündür. Lakin bu üsulun mənfi cəhətləri də ola bilər. Belə olan halda, insanlar təbii yollara müraciət edirlər.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, baş ağrısının nə vaxt gələcəyi sizə məlum deyil. Bu səbəbdən də, yanınızda ağrı kəsicinin olmadığı hallar olur. Bundan əlavə, tez-tez ağrıkəsici istifadə etmək həm bədəni yorar, həm də mütəxəssislər tərəfindən təklif edilməməkdədir.

Bu sadə üsulu istifadə edərək yalnız 30 saniyədə baş ağrınızdan və ya stressinizdən xilas ola bilərsiniz. Belə ki, bədənimizdə bəzi aktiv nöqtələr vardır. Bu nöqtələrə masaj edildiyində ağrılar azala bilər, hətta tamamilə aradan qalxa bilər.

Əlinizdəki şəhadət barmağıyla baş barmağınız arasındakı nöqtəyə təzyiq tətbiq edərək baş ağrısından xilas ola bilərsiniz. Təzyiqi 30 saniyə ərzində davam etdirin. Ardından əl dəyişdirərək digər əlinizə də tətbiq edin. Doğru tətbiq etdiyiniz halda, baş ağrısınızın keçdiyini görəcəksiniz. Bu həqiqətən də, işə yarayır.

Xəbər lenti
0