ABŞ nəhayət ki, Arakandakı insani dramı görə bildi

© REUTERS / Cathal McNaughtonMyanmada qaçqınlar
Myanmada qaçqınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev administrasiyası Myanmaya qarşı mümkün sanksiyaları nəzərdən keçirir

BAKI, 24 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları cənub-şərqi Asiya ölkəsi olan Myanmaya sanksiya tətbiq edə bilər. Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət departamenti açıqlama yayıb.

"Myanma hökuməti və ordusu ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün təcili addımlar atmalıdır. Xüsusilə Arakan bölgəsində insani vəziyyət dözülməzdir" — departamentdən bildirilib.

Bəyanatda həmçinin qeyd olunur ki, Ağ Ev administrasiyası Myanmaya qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc sakinin qətlinə səbəb olub, minlərlə müsəlman ölkəni tərk etməyə məcbur edilib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son üç ay ərzində Myanmadan Banqladeş ərazisinə 500 mindən çox qaçqın keçib.

Xəbər lenti
0