BAKI, 24 oktyabr — Sputnik. ABŞ Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib.
"Report" Türkiyənin 5 nəfərdən ibarət nümayəndə heyəti iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etməliydi.
Rəsmi Vaşinqton nümayəndə heyətinə vizaların Türkiyəyə qarşı tətbiq olunan məhdudiyyət səbəbindən ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənmədiyini açıqlayıb.