BAKI, 24 oktyabr — Sputnik. Bakıda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 21-i saat 18.00 radələrində, Ə. Vəliyev küçəsi 9 ünvanının qarşısında baş verib. Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Samir Qiyas oğlu Əhmədov, 2004-cü il təvəllüdlü Nuranə Ramil qızı Quliyevaya qarşı seksual xarakterli hərəkətlər edib.
Hazırda faktla bağlı araşdırma aparılır. Hələlik saxlanılan yoxdur.