BAKI, 23 oktyabr — Sputnik. Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, ötən həftə parlamentin iclasında Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, 121-ci maddənin sanksiyasında "üç" sözündən əvvəl "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.
Mövcud variantda isə deyilir ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.