BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin Kayseri şəhərində yaşayan 54 yaşlı Ayhan Uzun, öz intiharını "Facebook" vasitəsilə canlı yayımlayıb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
Ayhan Uzun, özündən icazə almadan qızının evləndiyini səbəb gətirərək, qohum-əqrəbasının ünvanına sərt sözlər işlədib. Daha sonra isə tapancanı gicgahına dayayaraq özünü güllələyib.
Ata Uzun özünü öldürməzdən əvvəl, dəfninə qohumlarının gəlməməsini vəsiyyət edib.