Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yolda maşının təkərini dəyişmək istəyirdi, xəstəxanalıq oldu

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Qazax yolunda maşının təkərini dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşib

BAKI, 23 oktyabr — Sputnik. Bakı şəhərində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Məcidov Fikrət Elman oğlu Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində avtomobilinin təkəri boşaldığı üçün onu çıxardaraq yenisi ilə əvəz etmək istəyib.

Lakin nəticədə təkərin diski çıxaraq onun baş nahiyəsinə dəyib. Yaralı xəstəxanaya yerləşdirilib. Məlum olub ki, Məcidov ağır kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Xəbər lenti
0