BAKI, 23 oktyabr — Sputnik. Bazar günü Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
“Report” xəbər verir ki, nəticələrə görə, "Gürcüstan arzusu" hakim partiyası seçici səslərinin 55,73%-ni qazanıb.
İkinci yerdə keçmiş hakim partiya olan "Vahid milli hərəkat" qərarlaşıb. O, 3 min 644 seçki məntəqəsindən yığılan bülletenlərin hesablanmasından sonra səslərin 17,07%-ni əldə edib. Sonrakı yerlərdə "Avropa Gürcüstanı" (10,49%), "Gürcüstan Vətənpərvərləri Alyansı" (6,56%), Leyboristlər Partiyası (3,27%) qərarlaşıb.
MSK-nın məlumatına görə, 59 bələdiyyədən 54-də və beş özünü idarəetmə orqanından dördündə (eləcə də Tbilisidə) keçirilən mer seçkilərində "Gürcüstan arzusu" qalib gəlib. Sözügedən partiyadan namizəd olan Kaxa Kaladze seçicilərin 51,06% səsini toplayaraq Tbilisi meri seçkilərində qalib gəlib.