CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər artıq həyətlərində baş verənlərə müdaxilə edə bilməyəcəklər

© Sputnik / Irade JELILZahid Xəlilova küçəsində yerləşən bina sakinləri
Zahid Xəlilova küçəsində yerləşən bina sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərin sözlərinə görə, əraziyə tikinti şirkətinin nümayəndələri ilə yanaşı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları da cəlb edilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Uzun müddətdir ki, Yasamal rayonu, Zahid Xəlilova küçəsi 30A, 36A, 36B, 36V, Şəhriyar küçəsi 5, Əhməd Cəmil küçəsi 23, 25, 27 ünvanı sakinləri ilə "Elite City" tikinti şirkəti arasında problemlər var. Bu gün sakinlər redaksiyamıza müraciət edərək bildiriblər ki, işin 1 saylı Bakı-İnzibati-İqtisad Məhkəməsində olmasına baxmayaraq, məhkəmənin qərarı olmadan tikinti şirkəti həyətdə sözügedən ərazini hasarlamaq istəyir. Bu məqsədlə həyətə texnika da gətirilib.

Sakinlər bildirir ki, onlar həyətlərində yeni çoxmərtəbəli binanın tikilməsinə razı deyil və bunun tikinti qaydalarını pozduğunu düşünürlər. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə də müraciət edilib: "Başçının vəzifəsini icra edən Səməd İslamov müraciətimizə cavab verib. Bildirib ki, "Elite City" tikinti şirkəti tərəfindən ərazidə olan qəzalı ikimərtəbəli binalar sökülüb, yerində yeni çoxmərətəbəli bina tikilməli və evləri sökülmüş sakinlərə həmin binada mənzil verilməlidir. Bizim şikayətimizə gəldikdə isə qeyd olunub ki, məhkəmənin verdiyi qərar əsasında məsələyə yenidən baxıla bilər. Amma bu gün tikinti şirkətinin nümayəndələri məhkəmənin qərarını gözləmədən əraziyə gəlib və ərazini təmizləyərək, hasarlamağa çalışırlar". 

© Sputnik / Irade JELILZahid Xəlilova küçəsində yerləşən bina
Zahid Xəlilova küçəsində yerləşən bina - Sputnik Azərbaycan
Zahid Xəlilova küçəsində yerləşən bina

Sakinlərin sözlərinə görə, əraziyə tikinti şirkətinin nümayəndələri ilə yanaşı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları da cəlb edilib.

Məsələ ilə bağlı "Elite City" tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətin direktoru Rəfael Mirzəyevin sözlərinə görə, sözügedən ərazidə tikinti işlərinin aparılması üçün müvafiq qurumların icazəsi, rəyləri və sərəncamı var: "Artıq məhkəmə qərarı da var ki, qonşu sakinlərin əraziyə müdaxilə etməsi qadağan edilsin. Bu qərardad bizdə də, polisdə də, icrada da var. Yaxınlıqda yaşayan sakinlər bizim işimizə maneçilik törədirlər. Bundan sonra nə qərar çıxacaqsa, ona tabe olacağıq. Çünki bütün şirkətlər və vətəndaşlar dövlətin qanunlarına tabedir. Amma fakt olaraq hazırda mən dövlət qarşısında üzərimə götürüdüyüm işin icrası ilə məşğulam. Heç bir qanunsuz iş görmürəm. Bu dövlət layihəsidir. Evlərini sökdüyümüz insanları kirayəyə çıxarmışıq və öhdəliyimiz var ki, 18 ay müddətində onları yeni mənzillə təmin edək. Onları təmirli evə qaytarmalıyıq. Amma 3 aydır kirayə haqqı veririk və qonşuluqda yaşayan sakinlərin maneçiliyi üzündən heç bir iş görə bilməmişik. Bu böyük zərərdir. Buna görə də iddia qaldırdıq, məhkəmə qərarı aldıq. Artıq yaxınlıqda yaşayan vətəndaşların müdaxiləsi qanunsuzdur".

Xəbər lenti
0