Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qeybulla: “Siqaretə qadağalar daha da sərtləşdirilməlidir”

© Photo : Facebook / Adil QeybullaAdil Qeybulla, həkim
Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, qadağalara riayət olunması mədəniyyətlə bağlı bir məsələdir

Adil Qeybulla: “Şadlıq evlərində və restoranlarda qadağalara riayət edilmir”
“Qapalı məkanlarda siqaret çəkilməsinə qadağa ilə bağlı qanun sərtləşdirilməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.

“Şadlıq evlərində, restoranlarda bu qadağaya riayət edilmir. Bu cür qadağaların sərtləşdirilməsinə ehtiyac var. Şadlıq evlərində vəziyyət ümumiyyətlə çox pisdir. Bu, mədəniyyətə bağlı bir məsələdir” — deyə o bildirib.

Qeyd edək ki, Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində fərdi iş otaqları və yaxud xüsusi ayrılmış qapalı yerlərdə siqaret çəkilməsinə icazə verilir. 

Xəbər lenti
0