İngilis ovçu köpəkbalığından canını belə qurtardı

© Photo : BBCCon Kreyq
Con Kreyq - Sputnik Azərbaycan
Abunə olmaq
3 saatda 7,5 kilometr üzən balıq ovçusu köpəkbalğının onu sahilə qədər təqib elədiyini, aralarında sadəcə 150-200 metr məsafə olduğunu söyləyib.

BAKI, 23 oktyabr — Sputnik. Avstraliyada balıq qovuna çıxan ingilis dalğıc, arxasınca düşən köpək balığından qaçarkən quruya çatmaq için üç saat üzüb. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, 34 yaşlı Con Kreyq dərinlikdən suyun üzünə çıxan zaman, dostunu və ova çıxdığı gəmisini görə bilməyib. Ətrafdan yardım ala bilmək üçün bağırmağa başlayan ingilis dalğıc, ona tərəf yaxınlaşan köpək balığı görüb. Qorxmasına baxmayaraq özünü itirməyən Con Kreyq sahilə doğru sürətlə üzməyə başlayıb.

3 saatda 7,5 kilometr üzən balıq ovçusu, köpəkbalğının onu sahilə qədər təqib elədiyini, aralarında sadəcə 150-200 metr məsafə olduğunu söyləyib.

O anlar barədə danışan Kreyq deyib: “Dəhşət idi. Bilinməyən bir yerin ortasında köpək balığına yem olacağımı düşündüyüm zaman keçirdiyim hissləri təsəvvür etmək çətindir".

Xəbər lenti
0