BAKI, 23 oktyabr — Sputnik. Rəsmi dəvət üzərinə ABŞ-a səfər edən İndoneziyanın müdafiə naziri Qatot Nurmanto Vaşinqton hava limanında şok yaşayıb. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, hava limanı işçiləri naziri ölkəyə buraxmayıb.
Ağ Ev məsələ ilə bağlı İndoneziya hökumətindən üzr istəsə də, rəsmi Cakarta üzrxahlığın kifayət etmədiyini bildirib.
"Biz tam olaraq öyrənmək istəyirik ki, müdafiə nazirimizə qarşı niyə bu cür davranılıb? ABŞ rəhbərliyindən ətraflı açıqlama gözləyirik" — İndoneziya dövlətinin yaydığı rəsmi bəyanatda deyilir.
Hazırda iki ölkə arasında ciddi gərginlik yaşanır.