Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masazır sakinləri suda boğulurlar: Günah kimdədir?

© Sputnik / Fuad HasanovKüçəyə axan kanalizasiya suları, arxiv şəkli
Küçəyə axan kanalizasiya suları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq ərazidə asfalt örtüyün qazılması üçün icazə verilib. Bu gün axşam, uzağı sabaha su kəməri təmir ediləcək"

BAKI, 23 oktyabr — Sputnik. Ötən həftənin cümə günündən etibarən Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 1 saylı məktəbin qarşısında su kəməri deşilib. Sakinlərin sözlərinə görə, 5 gündən çoxdur ki, su axır, ərazini su basıb. Aidiyyatı qurumlara müraciət etsələr də, müraciətləri cavabsız qalıb.

© Sputnik / Irade JELILMasazır qəsəbəsi Əliağa Vahid küçəsində su kəmərinin partlamasından sonra yaranmış vəziyyət
Masazır qəsəbəsi Əliağa Vahid küçəsində su kəmərinin partlamasından sonra yaranmış vəziyyət  - Sputnik Azərbaycan
Masazır qəsəbəsi Əliağa Vahid küçəsində su kəmərinin partlamasından sonra yaranmış vəziyyət

Sakinlərdən Anar Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 4-5 gündür ki, su kəməri deşilib və ətrafa axır: "Məktəbin yolunu su basıb. Uşaqlarımız bu vəziyyətdə məktəbə gedir. Borunun təmiri üçün müraciət etsək də nəticəsiz qalıb".

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Onun sözlərinə görə, bu gün qurumun əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, ərazidə yeraltı su kəməri deşilib: "Bizim asfalt örtüyünü özbaşına qazmağa ixtiyarımız yoxdur. Buna görə də "Azəryolservis"-ə müraciət etmişik. Artıq ərazidə asfalt örtüyün qazılması üçün icazə verilib. Bu gün axşam, uzağı sabaha su kəməri təmir ediləcək".

Xəbər lenti
0