İtaliyalı qadın: "Tanrıya şükürlər olsun ki, bu dünyada Hüseyn kimi adamlar var"

© Photo : Facebook / gaia.guarnottaQaiya Quarnotta
Qaiya Quarnotta - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyalı qadın Banqladeşli müsəlmanın bu hərəkətini unutmayıb. Hadisənin səhərisi, o, Hüseynin güllər satdığı yerə gedərək ona ərzaq və bir də gül hədiyyə edib.

BAKI, 23 oktyabr — Sputnik. İtaliyanın Florensiya şəhərində küçə ilə gedən qadına 25 nəfər sərxoş kişi təcavüz eləmək istəyib. Lakin həmin an orada olan gülsatan kişi italiyalı qadının həyatını xilas edib. Sputnik Azərbaycan "CNN Türk"-ə istinadən xəbər verir ki, həmin şəxs Banqladeşdən olan Hüseyn Alamqir adlı müsəlmandır.

Hadisə gecə saat 23:30 radələrində yaşanıb. Qaiya Quarnotta adlı qadın hava almaq üçün küçədə gəzməyə çıxıb. Bir müddət sonra o, 25 nəfər sərxoş italiyalı kişinin sözlü sataşması ilə qarşılaşıb. Həmin şəxslər daha sonra qadınla selfi çəkdirmək istəyiblər, hətta onu buna məcbur ediblər. Daha sonra "bizimlə gəl, səni əyləndirək" deyərək onu hədələyiblər.

Gənc qadının narahat edildiyini görən gülsatan Hüseyn, cəld tərpənərək Qaiya Quarnottanı 25 sərxoş kişinin əlindən xilas edib.

İtaliyalı qadın Banqladeşli müsəlmanın bu hərəkətini unutmayıb. Hadisənin səhərisi, o, Hüseynin güllər satdığı yerə gedərək ona ərzaq və bir də gül hədiyyə edib.

Qaiya həmin gecə yaşananlar barədə özünün "Facebook" səhifəsində də yazıb: "Əgər o gecə Hüseyn orada olmasaydı bu an sizə bu yazını yaza bilməyəcəkdim. Ona necə təşəkkür edəcəyimi bilmirəm. O, mənim heç vaxt unuda bilməyəcəyim bir üzdür. Allaha şükürlər olsun ki, bu dünyada Hüseyn kimi insanlara kömək edən və heç bir qarşılıq gözləməyən adamlar var".

Xəbər lenti
0