Prezident sarayında görünməmiş hadisə baş verib

© AFP 2024 / ALAIN JOCARDEmmanuel Makron və onun Nemo adlı iti
Emmanuel Makron və onun Nemo adlı iti - Sputnik Azərbaycan
Abunə olmaq
"Axır ki, mənim itimi də pozdunuz"

BAKI, 23 oktyabr — Sputnik. Fransanın Yelisey sarayında indiyədək görünməmiş hadisə yaşanıb. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, prezident Emmanuel Makron nazirlərlə söhbət edərkən, onun Nemo adlı iti otağın küncünə işəyib.

Elə bu vaxt hökumət üzvləri gülməyə başlayıblar. Dövlət katibi Bruno Poirson gülümsəyərək, "mən də bayaqdan bu səsin hardan gəldiyini düşünürəm" deyib.

Dövlət başçısı Makron, Nemonun ilk dəfədir ki, belə hərəkət elədiyini deyərək, günahı nazirlərin üzərinə atıb. "Axır ki, mənim itimi də pozdunuz" — prezident söyləyib.

Həmin anlar ölkənin TF1 telekanalı vasitəsilə də lentə alınıb.

Xəbər lenti
0