İraq ABŞ-ın təklifinə sərt reaksiya göstərdi

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidİraqın baş naziri Heydər əl-İbadi, arxiv şəkli
İraqın baş naziri Heydər əl-İbadi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İraq xalqının böyük əksəriyyəti, hökuməti İranyönümlü siyasət aparmaqda təqsirləndirir

BAKI, 23 oktyabr — Sputnik. "İrandan gələn döyüşçülər və digər silahlı qruplar artıq evlərinə geri qayıtsınlar. Çünki İŞİD İraqdan təmizlənib". Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson açıqlama verib. O, İraqda siyasi sabitlik üçün kənar qüvvələrin bu ölkədən getməsinin vacib olduğunu bildirib.

Tillersonun bəyanatına İraq hökuməti dərhal reaksiya göstərib. Ölkənin baş naziri Heydər əl-İbadi, İraqın daxili işlərinə başqalarının qarışmamasını istəyib.

"Heç kəsin İraqın daxili işlərinə müdaxilə etmək haqqı yoxdur. Kimin gedib, kimin getməyəcəyinə ancaq biz özümüz qərar verərik" — İbadi bildirib.

Qeyd edək ki, İraq xalqının böyük əksəriyyəti, hökuməti İranyönümlü siyasət aparmaqda təqsirləndirir. Hətta ölkənin ən böyük şiə hərəkatının lideri Müqtəda əs-Sədr də rəsmi Bağdadı bölgədə məzhəbçi siyasət aparan İranla çox yaxınlaşmamağa səsləyib.

Xəbər lenti
0