CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəsdən sağlamlığa yüngül zərər vuranlara artıq güzəşt olmayacaq

Abunə olmaq
Digər dəyişikliyə görə, həmin maddədə "Qeyd" hissəsi ləğv edilib

BAKI, 23 oktyabr — Sputnik. Ötən həftə parlamentin iclasında Cinayət Məcəlləsinin 128-ci maddəsinə (Qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, sanksiyada "bir ilədək müddətə islah işləri" sözləri "iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması" sözləri ilə əvəz edilib.

Təklif olunan variantda deyilir ki, sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 360 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Digər dəyişikliyə görə, həmin maddədə "Qeyd" hissəsi ləğv edilib. "Qeyd" hissəsində deyilir ki, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Dəyişiklik birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0