BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin Samsun şəhərində ağlasığmaz hadisə baş verib. Gəlin öz toyunda döyülüb.
Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, bəy tərəfinin adamları gəlini evindən götürərək toyun keçiriləcəyi restorana gətiriblər. Bəy və gəlin zala girəndən sonra, qızıl taxma mərasimi başlayıb. Qız tərəfi gəlinə taxılan qır-qızılın özlərində qalacağını söyləyib. Oğlan tərəfi isə bununla razılaşmayıb. Dava da məhz bu zəmində yaşanıb.
Bəyin adamları gəlinin 11 qohumunu möhkəm döyüblər. Hadisədə gəlin özü də xəsarət alıb və xəstəxanaya aparılıb. Polis toya müdaxilə etmək məcburiyyətində qalıb, çoxlu sayda insan həbs olunub.