BAKI, 23 oktyabr — Sputnik. İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib.
"Report" bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.
Bu günlərdə məlum olub ki, düşmən ordusunun daha 3 hərbçisi — Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.
Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.