Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pullarını dollarda saxlayanlar üçün bəd xəbər

CC0 / artbaggage / DollarsДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Saxo Bank": Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək

BAKI, 23 oktyabr — Sputnik. Dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq.

Bunu "Report"a açıqlamasında Danimarkanın internet bankçılıq xidmətləri göstərən "Saxo Bank"ın analitikləri bildiriblər.

Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: "Lakin əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl Çinin "Geely Holding Group" Şirkətlər Qrupu "Saxo Bank"ın səhmlərinin 51,5%-ni 800 mln. dollardan baha qiymətə almaq istədiyini bildirib.

Xəbər lenti
0