BAKI, 23 oktyabr — Sputnik. Araşdırmalara görə, ətraf aləmin çirkliliyi, su və havanın səbəb olduğu ölümlərin sayı, xəstəlik, aclıq, təbii fəlakətlər, müharibələrin səbəb olduğu ölümlərin sayından dəfələrlə çoxdur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu nəticəyə amerikalı mütəxəssislər gəliblər.
Mütəxəssislərin fikrincə, hər 6-cı erkən ölüm (1 milyon insan) toksiki təsirlərdən baş verir. Onların fikrincə, bu, təxmini rəqəmdir və realda bu rəqəm dəfələrlə çoxdur.
Araşdırmaçılar, həmçinin qeyd edirlər ki, çirklənmədən olan ölümlərin sayı siqaretdən olan ölümlərin sayından çoxdur: "Bu rəqəm AİDS, vərəm və malyariya ilə müqayisədə üç dəfə yüksəkdir. Müharibələrdən və zorakılıqdan isə 15 dəfə yüksəkdir".