BAKI, 23 oktyabr — Sputnik. Bakının Nizami rayonu ərazisində 29 yaşlı gənci bıçaqlayıblar.
APA-nın məlumatına görə, hadisə metronun "Neftçilər" stansiyası yaxınlığında, Qara Qarayev prospektində olub.
Həmin ünvanda qarın nahiyəsindən bıçaq xəsarəti alan 1988-ci il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, Ə.Miriyev taksidə olarkən bir nəfərlə mübahisə edib və nəticədə həmin şəxsin bıçaqlı hücumuna məruz qalıb. Hadisənin təfərrüatlarını 25-ci Polis Bölməsi araşdırır.
Qeyd edək ki, Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşıdır.