CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İİV-lə yoluxdurma maddəsinə azadlığın məhdudlaşdırılması əlavə olunub

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

BAKI, 23 oktyabr — Sputnik. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə (İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma) dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, 140.1-ci maddənin sanksiyasında "və ya" sözlərindən sonra "bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib. Mövcud mətndə deyilir ki, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər dəyişikliyə görə, 140.4-cü maddənin sanksiyasında "edilməklə" sözündən sonra "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə olunub. Təklif olunan variantda deyilir ki, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mövcud mətndə isə deyilir ki, öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklər ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0