BAKI, 22 oktyabr — Sputnik. Güclü "Lan" qasırğası Yaponiya sahillərinə çatıb, ölənlər var, regional hakimiyyət orqanları məcburi təxliyyə elan ediblər.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə görə, Fukuoka şəhərindəki tikinti meşələrində ağacların qırılması nəticəsində bir nəfər həyatını itirib.
Öz növbəsində, "Kiodo" agentliyi təbii fəlakət nəticəsində daha bir nəfərin öldüyünü xəbər verib. Yaşlı kişi dənizdə qayığın çevrilməsi nəticəsində batıb.
"Japan Airlines" və "All Nippon Airways" aviaşirkətləri bazar günü ümumilikdə 350, bazar günü isə 170 reysi ləğv ediblər. 43 min sərnişin öz planlarını dəyişməli olub. Həmçinin qatarların hərəkətində də fasilələrin yarandığı bildirilir.
"Toyota" avtomobil istehsalçısı qasırğanın mərkəzinə düşən bir sıra yığım müəssisələrində işi dayandırıb.
Bir sıra bölgələrin hakimiyyət orqanları 5,6 min ailə üçün məcburi təxliyyə elan edib, daha 376 min ailəyə öz evlərini tərk etmələri tövsiyyə olunub.
Hazırda qasırğa cənubdan saatda 45 km sürətlə Honsyu adası istiqamətində irəliləyir. Küləyin sürəti 162 km/saata çatır.