BAKI, 22 oktyabr — Sputnik. Peruda marixuananın tibbi məqsədlə istifadəsinə icazə veriləcək.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Peruda mühafizəkarların əksəriyyətdə olduğu parlamentdə marixuananın tibbi məqsədlə istehsalına, idxalına və satılmasına imkan verən qanun layihəsi qəbul edilib.
Millət vəkilləri bu qanunun minlərlə xəstənin həyat səviyyəsinin yaxşılaşdıracağını söyləyirlər. Qanun layihəsi Peru prezidenti tərəfindən də dəstəklənir.
Daha əvvəl Çili və Kolumbiya marixuananın tibbi məqsədlə istifadəsinə icazə vermişdi. Uruqvay da 2013-ci ildə narkotikn istifadəsinə icazə verən ilk Latın Amerikası ölkəsi olub.