BAKI, 22 oktyabr — Sputnik. ABŞ-ın sabiq prezidenti Cimmi Karter bəyan edib ki, Ağ Ev ona hazırki administrasiya adından danışıqlar aparmaq üçün Şimali Koreyaya getməyə icazə verməyib.
“Report” xəbər verir ki, o, məsələ ilə bağlı prezident Donald Trampın milli təhLükəsizlik üzrə köməkçisi Gerbert Makmaster ilə danışıqlar aparıb. Lakin rədd cavabı alıb.
“Bəli, mən Şimali Koreyaya getmək istərdim. Ona (G. Makmesterə — red.) dedim ki, əgər lazım olsam, onların ixtiyarında olacam" — deyə sabiq dövlət başçısı bildirib.
Qeyd edək ki, 90-cı illərin ortalarında C.Karter o vaxtkı prezident Bill Klintonun göstərişi ilə Şimali Koreyaya səfər edib. O, KXDR-in sabiq başçısı, indiki liderin atası Kim Çen İnlə danışıqlar aparıb.