BAKI, 22 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.
Tramp bu barədə “Twitter” səhifəsində yazıb.
“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib. “Facebook” mənim yox, onun tərəfindəydi!” — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib.