Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eyyub Yaqubov "blatnoy mahnılar"ını diriltməyə çalışır

© Sputnik / Kemale AliyevaЗаслуженный артист Азербайджана Эйюб Ягубов
Заслуженный артист Азербайджана Эйюб Ягубов - Sputnik Azərbaycan
Abunə olmaq
"Təəssüf ki, əgər əvvəllər Azərbaycanda hər iki nəfərdən biri rus dilini bilirdisə, indi belə deyil"

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov telekanalların efirinə nadir hallarda çıxır, nadir hallarda müsahibə verir və ona Azərbaycan ulduzlarının toplandığı tədbirlərdə rast gəlmək mümkün deyil. Öz həmkarlarından fərqli olaraq düşünür ki, kiminləsə qalmaqal yaradıb tamaşaçıların yaddaşında bu cür qalmaqdansa, yaradıcılıqla məşğul olmaq daha yaxşıdır. Uzunmüddətli danışıqlardan sonra nəhayət Yaqubov Sputnik Azərbaycan-a müsahibə verməyə razılaşıb. O, təkcə gələcək layihələrindən deyil, həm də özünün sevimli janrı olan "Bakı şansonu"ndan danışıb.

— Eyyub müəllim, əvvəla ondan başlayaq ki, niyə jurnalistlərə müsahibə vermirsiz?

— Mən müsahibə verməyə etiraz etmirəm, sadəcə danışmağa heç bir sözüm olmayanda verilişlərdə peyda olmağı və müsahibə verməyi sevmirəm. Məndə heç vaxt belə bir arzu olmayıb ki, efirləri zəbt edim və mənimlə heç bir əlaqəsi olmayan məsələlərdən danışım. Kimsə məndən müsahibə götürmək istəyirsə, növbəti layihəmi gözləsin. 

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

— Hazırda nə işlə məşğulsuz?

— Çox işlə məşğulam. Nə qədər ki, layihələr üzərində iş gedir, heç nə açıqlamaq istəmirəm. Hələ praktiki olaraq heç nə hazır deyil. Yaxın vaxtlarda məşhur şair-dramaturq Hüseyn Cavidin sözlərinə bəstələnmiş kompozisiyanı təqdim edəcəyəm. Bu, muğam, caz və estradanın sintezi olacaq. Bununla yanaşı digər layihələr də var.

— Siz öz səhnə karyeranıza şanson və sizə böyük populyarlıq qazandıran "blatnoy mahnılar" adlandırılan mahnılarla gəlmisiz. Amma hazırda əsasən ciddi kompozisiyalar ifa edirsiz. Yəqin sizin pərəstişkarlarınız əvvəlki repertuarınız üçün darıxıblar…

— Bəli, tamaşaçılarım darıxırlar və hər dəfə məndən şanson xahiş edirlər. Elə kompozisiyalar mənim repertuarımda çoxdur. Amma onlarla yanaşı daha ciddi şeyləri də oxumağa çalışıram.

— Necə düşünürsüz, bizim zamanda "Bakı şansonu" nə dərəcədə populyardır? 

Əlicavad Cavadov - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Bütün ailəsini yanğında itirən sənətkar, mümkün olmayanı bacardı

— Bu janr bütün zamanlarda populyar olacaq. Bu, onunla bağlıdır ki, o mahnılara qulaq asanda adamlar hazırda əsər-əlaməti qalmayan köhnə Bakının, onun xüsusi atmosferinin nostalgiyasını duyurlar. Düşünürəm ki, indi də çox adam bu janrdakı lirik mahnıları Mirzə Babayevin ifasında dinləyirlər.

O zamanlar şansonu Bakıda yaşayan müxtəlif xalqların nümayəndələri oxuyurdu. Onlar Azərbaycanın hansısa bəstəkar və ya xalq mahnısını götürüb, sözlərini dəyişib, müəyyən improvizələr eləyib oxuyurdular.

Mən də hər bir bakılı kimi uşaqlıqdan bu kompozisiyaları dinləyərək böyümüşəm, onlarla qidalanmışam. Bu janr mənim ruhuma uyğundur və illər keçəndən sonra bəstəkar Elçin İmanovla o qərara gəlmişik ki, "Bakı şansonu" janrında mahnılarla yenidən bakılıları sevindirək. Bu kompozisiyalar şəhərimizdə və dünyada baş verənləri yumoristik bir formada əks etdirir.

— Bir çox şanson ifaçıları hesab edirlər ki, bu janr rusdilli publikanın olmaması səbəbindən getdikcə ölür… 

Azərbaycanın qədim milli musiqi alətləri - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın simli musiqi alətləri

— Mən haradasa onlarla razılaşıram. Təəssüf ki, əgər əvvəllər Azərbaycanda hər iki nəfərdən biri rus dilini bilirdisə, indi belə deyil. Bununla belə, hesab edirəm ki, musiqinin istənilən stili onun hansı dildə olmasına baxmayaraq, ifa edilir və buna görə də heç vaxt ölmür. Misal üçün mənim repertuarımda bu janrdan olan mahnılar həm Azərbaycan, həm də rus dillərində var. Hər mahnının öz dinləyicisi var.

— Bəs şanson oxuyan gənc həmkarlarınızı necə qiymətləndirirsiz?

— Onların arasında çoxlu istedadlı uşaqlar var. Amma konkret ad çəkmək istəmirəm. Onların hər biri öz yaradıcılığında yeni nə isə eləməyə çalışır. Mənə inanın, illər keçəcək, amma şanson yenə ifa ediləcək.

Xəbər lenti
0