Kürdlər Kərkük əməliyyatına cavab verdilər: konsulluğa hücum oldu

© AFP 2024 / Marc-Antoine PelaezPeşmerga döyüşçüləri 20 oktyabr 2017-ci il Kərkük
Peşmerga döyüşçüləri 20 oktyabr 2017-ci il Kərkük - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi bəyanat verib

BAKI, 22 oktyabr — Sputnik. İran İslam Respublikasının Ərbildəki konsulluğunun binasına hücum olub.

Bir neçə şəxs İranın İraq Kürdüstanının inzibati mərkəzi sayılan Ərbil şəhərindəki baş konsulluğuna hücum edərək bayrağı çıxarıb yerə atıblar.

Bununla əlaqədar İranın Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda konsulluğa edilən hücum pislənib, bu əməli törədənlərin tutularaq cəzalandırılması istənilib və Ərbil administrasiyasından diplomatik nümayəndəliklər haqqındakı beynəlxalq konvensiyanın şərtlərinə əməl edilməsi tələb olunub.

Baş verən insidenti İraqın rəsmi şəxsləri və ziyalıları da pisləyərək bunu təxribat kimi qiymətləndiriblər.

Ərbil administrasiyasından isə bildiriblər ki, insident araşdırılır.

Qeyd etmək lazımdır ki, İran İraq Kürdüstanının müstəqillik istəyinə qarşı kəskin çıxış edir.

Xəbər lenti
0