Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ər arvadına yeddi bıçaq zərbəsi endirdi

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
23 yaşlı qadın aldığı zərbələrdən dünyasını dəyişib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Tərtərdə ər arvadını qətlə yetirib. Hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Emin Hüseynov həyat yoldaşı, 1994-cü il təvəllüdlü Rüfanə Cəfərliyə 8 bıçaq zərbəsi endirib. Nəticədə Rüfanə Cəfərli hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Emin Hüseynovla Rüfanə Cəfərli bir neçə il əvvəl ailə həyatı qurublar. Ailədə olan narazılıq səbəbindən Rüfanə təqribən 45 gün əvvəl Tərtərin Bəyimsarov kəndinə atasının evinə gəlib. Bu müddət ərzində həyat yoldaşı onu aparmaq üçün gəlsə də, gənc qadın imtina edib. Hətta Emin Hüseynov həyat yoldaşını geri gəlməyəcəyini görüb bir neçə dəfə silahla da hədələyib. Son dəfə isə aralarında yaranan münaqişə zamanı Emin həyat yoldaşını bıçaqlayıb. Hadisəni törətdikdən sonra isə Tərtər rayon polis şöbəsinə gələrək təslim olub. 

Faktla bağlı cinayət işi başlanıb. İstintaq gedir.

Xəbər lenti
0