Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Tı super! Tansı"nın azərbaycanlı iştirakçısının çıxışdan sonrakı təəssüratları

Abunə olmaq
"Tı super" Tansı" müsabiqəsində azərbaycanlı iştirakçı Sevda Fətullayeva ikinci tura çıxa bilməyib. Sputnik-in videosunda Sevdanın çıxışdan sonrakı təəssüratları ilə tanış ola bilərsiniz.

NTV və Sputnik-in birgə layihəsi olan "Tı super! Tansı"nın iştirakçısı 3 saylı uşaq evinin yetirməsi Sevda Fətullayeva birinci turdakı çıxışından sonra öz təəssüratlarını bölüşüb.

Müsabiqədə 142 yeniyetmə rəqqas iştirak edir. Onlara öz xoreoqrafik bacarıqlarını nümayiş etdirmək və böyük auditoriyaya hər kəsin rəqs edə biləcəyini sübut etmək şansı verilib.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü və Abbasqulu Səfərov təmsil edir.

NTV teleşirkəti və Sputnik beynəlxalq informasiya agentliyi və radiosu tərəfindən keçirilən "Tı super! Tansı" beynəlxalq müsabiqəsi Rusiya, MDB və Baltika ölkələrindən olan istedadları birləşdirir və valideyn himayəsindən məhrum uşaqlara arzularını həyata keçirmək üçün şans verir.

Xəbər lenti
0