BAKI, 21 oktyabr — Sputnik. Ötən şənbə günü Somalinin paytaxtı Moqadişoda yük maşınının partladılması nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb.
Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, bunu Somalinin informasiya naziri Əbdürrəhman Osman deyib.
O, bildirib ki, partlayışda yaralanan 228 nəfərdən 122 nəfəri Türkiyə və Keniyaya göndərilib.