BAKI, 21 oktyabr — Sputnik. Kərkükdə küçələrə Xomeyninin portretləri asılıb.
Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Bağdad hökuməti qüvvələrinin Kərkük şəhərinə daxil olmasından sonra şəhərdə müəyyən bölgələrə şiə liderlərin fotoşəkilləri asılıb.
Kərkükdə ayətullah Xomeyni başda olmaq üzrə bir çox şiə liderin portretinin küçələrə asıldığı görünür.
Digər plakatlarda isə İranın ali dini rəhbəri, əslən azərbaycanlı Seyid Əli Xamneyi, Livanın "Hizbullah" hərəkatı lideri Həsən Nəsrullah və Azərbaycan əsilli iraqlı şiə din xadimi ayətullah Sistani yer alıb.