Kərkük əməliyyatının arxasından da iranlı komandir çıxdı

© REUTERS / Alaa Al-MarjaniKərkük, İraq 17 oktyabr 2017-ci il
Kərkük, İraq 17 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Kürd liderləri ilə üç dəfə görüşən İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani "Ya bölgəni tərk edin, ya da hücum edəcəyik" mesajını verib

BAKI, 21 oktyabr — Sputnik. Kərkük əməliyyatının arxasından da İranın gizli komandiri çıxıb.

Sputnik Azərbaycan "Sondakika"ya istinadla xəbər verir ki, kürd liderləri ilə üç dəfə görüşən İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani "Ya bölgəni tərk edin, ya da hücum edəcəyik" mesajını verib.

Peşmergənin mübahisəli bölgələrdən çəkilməsini istəyən Süleymani döyüşün yetişdiyini açıq bir şəkildə həmsöhbətlərinə çatdırıb.

İranlı general peşmergənin mübahisəli bölgələrdən çəkilmədiyi təqdirdə İraq ordusu və milislərin döyüşə girəcəyini söyləyib.

Kərkük əməliyyatından əvvəl üç dəfə Kürdüstan Vətənpərvər Birliyi (KYB) üzvləriylə görüşən Süleymani bildirib ki, İraq baş naziri Heydər əl Abadiyə regional güclər və Qərb dəstək verir: "Qərar versə, sizi dağa geri göndərmək üçün onu dayandıracaq heç bir güc yoxdur".

Xəbər lenti
0