Başabəla muxtariyyət ləğv edildi

© REUTERS / Albert Geaİspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir
İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir - Sputnik Azərbaycan
Abunə olmaq
Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.

"Report" xəbər verir ki, rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.

Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib. 

Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar seçkilər keçiriləcək. 

Xəbər lenti
0