SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

© AP Photo / Sergei GritsGürcüstanda seçkilər
Gürcüstanda seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Səsvermə saat 20:00-da başa çatacaq

BAKI, 21 oktyabr — Sputnik. Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da 3644 seçki məntəqəsinin hamısı vaxtında açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya bildirib ki, bu gün seçicilər 2058 bələdiyyə üzvünü, 64 şəhər meri və 64 şura üzvünü seçəcəklər. Seçkilərdə 369 nəfər namizəd mer vəzifəsinə, o cümlədən 13 nəfər paytaxt Tbilisi şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək. Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.

Səsvermə saat 20:00-da başa çatacaq.

Xəbər lenti
0