Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bayramov: “2018-ci ilin gəlirlərində artım tempini qorumaq mümkün olacaq”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, gələn ilin büdcəsində kəsrin payı beynəlxalq standartlara uyğundur

Vüqar Bayramov: “Gəlirlərin və xərclərin icrasında çətinliyin olacağı gözlənilmir”
Azərbaycanın 2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb. Dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, dövlət büdcəsində gəlirlərin artması gözlənilən idi: “2018-cil ildə neftin dünya bazarındakı qiyməti 50 dollar ətrafında dəyişəcəyi ehtimal olunur. Bu baş verəsə büdcə gəlirlərində artım tempini qorumaq mümkün olacaq. Büdcədəki kəsrin payı beynəlxalq standartlara uyğundur. Proqnozlaşdırılan kəsir hər hansı mənfi təsirlərə malik olmayacaq”.

Xəbər lenti
0