BAKI, 21 oktyabr — Sputnik. Böyük Britaniya İŞİD terror təşkilatının Suriyadakı əsas istinadgahı olan Rəqqa şəhərinin azad olunmasına 1 milyard dollardan çox vəsait sərf edib.
“Report” xəbər verir ki, bu barədə cümə günü "Press Association" nəşri məlumat yayıb.
Bildirilir ki, Krallığın Müdafiə Nazirliyi bu vəsaiti üç il ərzində sərf edib. Həmin müddət ərzində London ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı müqavimət göstərib.
Rəqqaya hücum iyunun 6-da başlanıb.