CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yayım hüququ olan şirkətlərin sayı artdı

© Photo : APAMilli Televiziya və Radio Şurası
Milli Televiziya və Radio Şurası - Sputnik Azərbaycan
Abunə olmaq
Teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclas keçirilib.

Şuradan "Report"a verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, AZTELEKOM MMC-yə, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi" MMC-yə, CLİP TV MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti
0